19-20 noyabrda Bitcoin-in qiyməti ilk dəfə Coinbase platformasında $94 min həddini keçərək yenidən maksimum səviyyəsini yenilədi.

Banker.az xəbər verir ki, ABŞ birjasındakı qiymətlər “Binance” və “Bybit” kimi əsas platformalarda USDT (tether stabilkoini) ilə olan cütlərin artım tempini üstələyir.

Bu birjalarda indiyə qədər qeydə alınmış ən yüksək göstərici $93 906 idi.

19 noyabrda NASDAQ fond birjası “BlackRock” şirkətinin “iShares Bitcoin Trust” adlı ETF-i əsaslanan opsionların ticarətini işə saldı.

Birjada debüt edən bu opsionlar ilk gündə $1.9 milyardlıq ticarət həcmi ilə diqqət çəkdi.

Yeni rekord səviyyəyə çatdıqdan sonra bitcoin-in qiyməti korreksiya etdi və Bakı vaxtı ilə 12:00-da təxminən $93 min səviyyəsində ticarət olunur.