Microsoft şirkətinin təsisçisi Bill Qeyts inəklər tərəfindən atmosferə buraxılan metanın azaldılması istiqamətində çalışan “Rumin8” Avstraliya startapına investisiya qoyub.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bloomberg agentliyi xəbər verib.

Bill Qeytsə məxsus Breakthrough Energy Ventures fondu 12 milyon dollar dəyərində layihənin maliyyələşdirilməsinin ikinci mərhələsində iştirak edib. Avstraliya şirkəti mal-qara üçün qırmızı yosunların tərkibindəki aktiv inqrediyent olan sintetik şəkildə çoxaldılmış bromoformdan yem əlavələri hazırlamaqla məşğuldur.

Breakthrough Energy fonduna B.Qeytslə yanaşı, Amazon şirkətinin təsisçisi Ceff Bezos və Nyu-York şəhərinin keçmiş meri Maykl Blumberq kimi biznesmenlər də investisiya qoyurlar.