Belarusda Rusiyanın “Mir Pay” təmassız ödəmə xidməti işə düşüb. Bildirilir ki, indi “Mir” kartlarının sahibləri Andorid smartfonu vasitəsilə Belarusda da onlayn ödəniş həyata keçirə biləcəklər.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xidmət Belarusun “Belkart” ödəniş sistemində iştirak edən bankların kontaktsız kartları qəbul edən POS-terminalları tərəfindən dəstəklənir. “Mir” ödəniş sistemi 2019-cu ilin mart ayında təmassız ödəniş xidmətini təqdim edib.

2022-ci ilin mart ayında Visa və Mastercard Rusiyada fəaliyyətini dayandırdıqlarını elan ediblər. Eyni zamanda, bəzi bankların “Mir” kartını “Apple Pay”ə bağlamaq mümkün idi, lakin sonradan bu seçim əlçatmaz olub.