Pandemiyadan qaynaqlanan tələb narahatlıqları, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Təşkilata üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun avqust ayından etibarən neft istehsalını 400 min barel artırmaq barədə qərarı neft qiymətlərinə mənfi əks olunur.

Marja xəbər verir ki, yeni növ koronavirus (Kovid-19) pandemiyasında Delta variantının peyvəndləmənin axsadığı bölgələrdə yayılması qlobal iqtisadiyyat və neft tələbinin artımına dair narahatlıq yaratmağa davam edir.

Dünən 73,90 dollara qədər yüksələn Brent neftin qiyməti günü 73,79 dollar səviyyəsində bağlamışdı. Brent nefti bu gün Bakı vaxtı ilə saat 12.10-da 0,2% ucuzlaşma ilə 73,67 dollardan ticarət olunub. Eyni dəqiqələrdə Qərbi Texas növü xam nefti (WTI) 71,67 dollardan alıcı tapıb.

Brent neftdə texniki olaraq 73,55 ilə 73,79 dollar aralığı müqavimət, 73,31 ilə 73,07 dollar aralığı isə dəstək bölgəsi olaraq izlənilir.