Bu ilin III rübündə “Bank of America Corporation” transmilli investisiya bankının səhmdarlarının payına düşən xalis gəlirləri 7,26 mlrd. dollar, səhm üzrə seyrəltilmiş xalis gəlirləri isə 0,85 dollar təşkil edib.

APA-Economics”in banka istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 63,5% çoxdur. Analitiklər bundan əvvəl III rübdə səhm üzrə cəmi 0,71 dollar xalis mənfəət gözləyirdi.

Hesabat dövründə, “Bank of America”nın xalis faiz gəlirləri 11,1 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 10% çoxdur. Qeyri-faiz gəlirləri isə illik ifadədə 14% artaraq 11,7 mlrd. dollara çatıb. Beləliklə, bankın gəlirlərinin həcmi 22,8 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 12% çoxdur.

Depozitlərin həcmi illik 15% artaraq III rübün sonuna 1,9 trln. dollar, kredit və lizinqlərin həcmi isə 9% artaraq 921 mlrd. dollara çatıb.