“BakuBus”da D kateqoriyalı 1000 sürücüyə ehtiyac var.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, 160 ədəd elektrik avtobusu xəttə buraxılacaq və 200 avtobus istismara qaytarılacaq:

“Bununla əlaqədar olaraq avtobus parkının genişləndirilməsinə görə minə qədər sürücüyə ehtiyac var”.