Rusiya-Ukrayna müharibəsinin təsiri ilə ünya bazarında buğdanın bahalaşması Azərbaycanın buğda idxalına sərf etdiyi valyutaya da təsir göstərir.

Banker.az-ın Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya əsasən apardığı hesablamalarına görə, bu ilin ilk 4 ayında Azərbaycan buğdanın hər tonu üçün keçən ilin eyni dövrü ilə müqayisədə $87 çöx ödəyib.

Komitənin hesabatına əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən dəyəri $105 mln. 270.19 min olan 308 min 42.72 ton buğda idxal edib. Qeyd etmək lazımdır ki, hesabat dövründə idxal olunmuş buğdanın miqdarında 15.7% azalma olsa da, dəyər ifadəsində 13.2% artım müşahidə olunur. Ötən ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən alınan buğdanın bir tonu üçün $255 ödəyirdi. Bu ilin ilk 4 ayında isə buğdanın hər tonuna $342 ödənilib.