Misirin inkişaf qrupu “Safwat al-Qalioubi” və BƏƏ investisiya şirkəti “KSH” Misirin paytaxtı Qahirənin şimal hissəsində yaşayış və kommersiya binaları kompleksinin tikintisi və inkişafı üçün təxminən 24 milyard Misir funtu (təxminən 500 milyon dollar) dəyərində müqavilə imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Misir şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Yeni birgə daşınmaz əmlak layihəsi Qahirənin şimal hissəsində, Nil çayının sahilində yerləşən Tanaş ərazisində həyata keçiriləcək”, – məlumatda deyilir.
Qeyd olunub ki, 20 min kvadratmetr sahədə üç göydələn və beşulduzlu mehmanxana tikilməsi planlaşdırılır ki, bu da dörd ilə tamamlanacaq.