Cari ilin yanvar-fevral aylarında “AzerGold” QSC 4,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayında bildirilib.
Qeyd edək ki, ötən ilin həmin dövründə “AzerGold” QSC-nin ixrac gəlirləri 6,1 milyon dollar olub.