Azərbaycanın 2024-cü ilin ilk yarısında xaricdən idxal etdiyi kərə yağının həcmində İranın payı artmaqdadır.

Banker.az xəbər verir ki, hesabat müddətində ölkənin xaricdən aldığı kərə yağının həcmi  13.13 min ton olmaqla ($68.75 mln.) öncəki ili 61% üstələyib.

Bununla belə, Azərbaycan illərdir daha çox üstünlük verdiyi Yeni Zelandiya yağının idxal həcmini cüzi artırsa da, İrandan idxalı daha kəskin artırıb. Yeni Zelandiyadan idxalı keçən yarımildə illik müqayisədə 5% artırmaqla  3.37 min tona ($20.85 mln.) yüksəldərkən, İrandan 155% artımla  7.94 min tona ( $35.8 mln.) yüksəltmiş olub.

Bununla da Yeni Zelandiya Azərbaycanın kərə yağı bazarında mövqeyini İranla dəyişməli olub.

Azərbaycanın kərə yağı tədarükündə İran ən ucuz bazardır. Məsələn, bir kiloqram kərə yağını İrandan orta statistik olaraq 4.51 dollara idxal olunur. Eyni göstərici Yeni Zelandiya üçün  6.19 dollardır.

wrwrwrw 1