Ötən il Azərbaycandan Birləşmiş Krallığa fiziki şəxslərin pul köçürmələrinin həcmi 28,5 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 15,6% azdır.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Birləşmiş Krallığın payı 5,4% təşkil edib.

Həmçinin, ötən il Birləşmiş Krallıqdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 34 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 818 min ABŞ dolları və ya 2,5% artım deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Birləşmiş Krallığın payı 3,1% təşkil edib.

2023-cü ildə Azərbaycandan Birləşmiş Krallığa fiziki şəxslərin pul köçürmələrinin həcmi 33,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 33,2 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.