Azərbaycanda sementin qiymətinin yüksəldiyi bildirilir.
Məlumata görə, həftə bundan əvvəllə müqayisədə qiymətlərdə artım müşahidə edilir.
Qeyd edilir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7,40 manata təklif edilməkdədir.
Bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir. Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək.