Bu ilin iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 914,6 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 0,9% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,7% azalıb. İlin əvvəli ilə müqayisədə isə 2,4% artıb.

Qeyd edək ki, iyulun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6% təşkil edib. Bu ötən ayla müqayisədə 0,02 faiz bəndi azdır.