“MFX Trading İnvestisiya Şirkəti” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” investisiya şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə “MFX Trading İnvestisiya Şirkəti” 143 min 112 manat zərər edib. 2022-ci ildə şirkət 304 min 120 manat zərər açıqlamışdı.
Hesabat dövründə investisiya şirkəti cəmi 198 manat gəlir əldə edib. 2022-ci ildə şirkətin ümumi gəlirləri 22 manata bərabər idi. Ötən il şirkətin ümumi və inzibati xərcləri isə 143 min 310 manat təşkil etdiyindən, təşkilat 143 min 112 manat əməliyyat zərəri ilə üzləşib.
“MFX Trading İnvestisiya Şirkəti” cəmi aktivləri 1% və ya 3.8 min manat artaraq 391 min 572 manat təşkil edib.
2024-cü ilin yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 241 min 572 manat olub ki, bu da illik müqayisədə 24% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayınnı 1-nə şirkətin yığılmış zərəri 718 min 427 manata çatıb.