Bu ilin yanvar-may aylarında Azərbaycanda 32 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 69 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 140 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 75 % çoxdur.

2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.