Azərbaycanda Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) üzrə ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebel, heyvanlar, istehlak malları və avadanlıqlardır.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Ötən il Reyestrin əhatə dairəsi əvvəlki illə müqayisədə 91 %, 2021-ci ilə nisbətən isə 200 % genişlənib.

DƏYDR kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.