Azərbaycan Mərkəzi Bankı 26 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.

“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar iyunun 28-də, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.