Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 439.564 vahid artıb və 2024-cü ilin avqust ayının 1-nə 1.841.479 olub.

Bu barədə “APA-Economics” ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 428.791 vahid artaraq 968.713 təşkil edib.