2022-ci ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 8 % artaraq 9 milyard 253,4 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 7 milyard 019,8 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 098,9 milyon manatı dövlət, 7 milyard 154,5 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 919,1 manatlıq və yaxud 1 il əvvələ nisbətən 144,7 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.