Azərbaycan və ABŞ-ın maliyyə sistemləri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumda “Bank of New York Mellon”un (BNYMellon) nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı ölkəmizdə makro iqtisadi vəziyyət, habelə bank sektorunun inkişaf məsələləri müzakirə ediib, həmçinin hər iki ölkənin maliyyə sistemləri arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.