Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, on ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Xorvatiya qərarlaşıb. İtaliyaya ixrac 6 milyard 672,5 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 9,6 milyon dollar, Xorvatiyaya isə 751,2 milyon dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 7 milyard 23,6 milyon dollar, Türkiyə ilə 3 milyard 497,7 milyon dollar, Rusiya ilə 2 milyard 345,1 milyon dollar təşkil edib.