Yanvar-aprel aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Ukraynaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın dörd ayda MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Ukrayna, Rusiya və Belarusdur. Ukraynaya ixrac olunan məhsulların dəyəri 318,6 milyon ABŞ dolları, Rusiyaya 198,8 milyon dollar, Belarusa isə 68,9 milyon dollar olub.