Ötən il Azərbaycan Honkonq iqtisadiyyatına 14,5 milyon ABŞ dolları sərmayə qoyub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 66,3 milyon ABŞ dolları və ya 5,6 dəfə azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Honkonqa yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 80,8 milyon ABŞ dollarına bərabər olub.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.