Yanvar-avqust aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 16 milyard 922,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 9 milyard 903,2 milyon dollar çoxdur.

Cari ilin səkkiz ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 408,1 milyon dollar olub.