Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 71,1 mln. ton yük və 713,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 4,1% və 8,2% azalma qeydə alınıb.

Məlumata görə, hesabat dövründə sərnişinlərin 91,3%-i avtobus, 8,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.