1 may 2025-ci il tarixə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,2 faiz artaraq 816,7 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,8 faiz artaraq 54,8 min təşkil edib.
“APA-Economics” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 2,6 faiz artıb və 223,1 min olub.