Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 608,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 5,4 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 11 % artaraq 281,2 milyon manat təşkil edib.

Ötən 8 ayda Azərbaycanda 1467,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çoxdur. Bunun 1936,8 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 7,5 % çoxdur.

Bunun 945 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 14,3 % çoxdur.

Bunun 15 milyard 897,2 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 7,2 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 57,2 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 16,9 % azdır.

Yanvar-avqust aylarında ölkədə 37,4 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 16,1 % çoxdur.