Azərbaycanda banklar müştərilərinə ölkədən xaricdə təşkil oyunlarla bağlı xəbərdarlıq ediblər.

Banker.az xəbər verir ki xəbərdarlıq bildirişində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində ölkəxaricində təşkil olunan mərc oyunları ilə əlaqədar bəzi dəyişikliklər edilib

Həmin dəyişikliklərə əsasən, artıq banklara məxsus məxsus kartlardan aşağıdakı əməliyyatlar üzrə istifadə etmək qadağandır:

  • Ölkəxarici mərc oyunları saytlarında qeydiyyat üçün ödənişlərin aparılması;
  • Uduşların ödənilməsi;
  • Pul vəsaiti qəbulu;
  • Uduş-mükafat və digər gəlirlərin verilməsi.

Xatırlatma!

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli Qanuna əsasən, qumar oyunları ilə bağlı bir sıra yeni məhdudiyyətlər müəyyənləşib. Qanunvericiliyə müvafiq dəyişikliklərə görə, aşağıda qeyd edilənlər üzrə bank əməliyyatlarının həyata keçirilməsi qadağan edilir və inzibati məsuliyyətə səbəb olur:

  • Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı;
  • Qumar oyunlarında iştirak;
  • Qumar oyunları üzrə uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi.

“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları ilə bağlı bank əməliyyatları istisna edilir.