Yanvar ayında Avrozonada inflyasiya səviyyəsi 2,8 faiz təşkil edib.
Trend xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, ötən ay Avrozonada istehlak qiymətləri indeksi illik müqayisədə 2,8 faizə düşüb.
Yanvarda ərzaq məhsullarının, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində 5,7 faiz artım olub. İnflyasiya xidmət sektorunda 4 faiz, enerjidən başqa digər məhsullarda 2 faiz təşkil edib.