Avqust ayında Avrozonada inflyasiya səviyyəsi 5,2 faiz təşkil edib.
APA xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, ötən ay Avrozonada inflyasiya iyulla müqayisədə 0,5 faiz artıb. Avrozonada inflyasiyanın 2,41 faizi xidmətlər, 1,98 faizi ərzaq, alkoqollu içkilər və tütün məmulatları, 1,19 faizi isə qeyri-enerji sənayesi məhsullarının payına düşüb.
Avqustda Avropa İttifaqında (Aİ) inflyasiya 5,9 faiz təşkil edib. Sözügedən dövrdə İtaliyada isə inflyasiya səviyyəsi 5,5 faiz olub.
Xatırladaq ki, 2022-ci ilin avqustunda Avrozonada 9,1 faizlik, Aİ-də 10,1 faizlik inflyasiya qeydə alınmışdı.