Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 500 dollara yaxınlaşıb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın iyul fyuçersləri 1 495,53 dollar ətrafında alınıb-satılır.
Gün ərzində qiymətlər 8 faiz artıb.
Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti bir müddət “Şimal axını” boru xətti ilə qaz tədarükünü azaltmalı olduğunu elan etmişdi.
Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.