Avropada sentyabr ayında hər 1 000 kubmetrə görə 1 000 ABŞ dollarına yaxınlaşan qaz qiymətləri bəzi müəssisələrin istehsalı azaltmağa məcbur edib.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Belə ki, ABŞ-ın gübrə istehsalçısı “CF Industries” İngiltərədəki iki fabrikini bağlayıb. Bununla yanaşı, Norveçin “Yara International ASA” şirkəti ammonyak istehsalını dayandırıb. “Goldman Sachs Group” bölgədəki sənaye istehlakçılarına qazın qiymətlərinin davamlı artması səbəbindən enerji istehlakını azaltmağı tövsiyə edib.

Qaz qiymətlərinin artmasından ən çox zərər çəkən sahələr kimya sənayesi, “mavi” hidrogen və polad şirkətləridir.

“Bloomberg”in məlumatına görə, oktyabr ayında Avropa əlavə olaraq Rusiyadan qaz ala bilər ki, bu da bazarda gərginliyi bir qədər yumşaldacaq.

Belə ki, qaz böhranı Avropa iqtisadiyyatının çətin vəziyyətdən çıxmasına mane olur.