Avropada qazın qiyməti noyabr ayının yekunlarına görə 21 faiz bahalaşıb.

Trend xəbər verir ki, qiymət artımına Avropada havaların kəskin soyuması, Avstriyanın OMV şirkətinin Rusiyadan qaz axınının dayandırılacağı barədə bəyanatı və ABŞ-ın “Qazprom” şirkətinə qarşı sanksiyaları səbəbindən tədarük üçün ödəmə riskləri fonunda qaz anbarlarından rekord qaz çıxarılması səbəb olub.

Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 87 faizdən azdır. “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, isitmə mövsümünün başladığı oktyabrın sonlarından bəri Avropa İttifaqı ölkələri anbarlardan 11 milyard kubmetr qaz çıxarıb. Eyni zamanda, meteoroloqlar regionda son illərin ən soyuq qışını proqnozlaşdırır.

Hazırda Avropanın yeraltı anbarlarında 96 milyard kubmetrə yaxın qaz qalıb.