Avropa ölkələri yeraltı qaz anbarlarını orta hesabla 71,19% doldurublar.

APA-Economics”in məlumatına görə, bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.

Qeyd olunur ki, hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 71,4 mlrd. kubmetrə yaxındır.