Avropa Mərkəzi Bankı (ECB) iyun iclasında 2016-cı ildən bəri ilk dəfə olaraq baza faiz dərəcəsini illik 4,5 %-dən 4,25 %-ə endirib.
“Report” xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında deyilir.
Qərar “DailyFX” portalının sorğusunda iştirak edən analitiklərin proqnozu ilə üst-üstə düşüb. ECB sonuncu dəfə 2016-cı ilin martında uçot dərəcəsini endirib.
“İdarəetmə Şurası ECB-nin 3 əsas faiz dərəcəsini 25 baza bəndi azaltmağa qərar verib. Müvafiq olaraq, əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, eləcə də marjinal kredit xətti və depozit xətti üzrə faiz dərəcələri müvafiq olaraq 4,25 %, 4,5 % və 3,75 % təşkil edəcək”, – məlumatda qeyd edilib.