Avropanın ehtiyac duyduğu kibertəhlükəsizlik üzrə istedadlı mütəxəssislər axtarışı xüsusi müsabiqələr keçirilməsini sadələşdirməyə kömək edir. Məsələn, Çex Respublikasında silahlı qüvvələrin elektron və kommunikasiya sistemləri qeyri-hökumət assosiasiyasının təşəbbüsü ilə “Kybersoutěž” müsabiqəsi artıq ikinci dəfə keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Çexiyanın 86 orta ümumtəhsil məktəbindən 3061 şagird iştirak edib. Onlardan 36-sı finala çıxıb. Müsabiqənin ən yaxşı iştirakçıları kibernetik təhlükəsizlik məsələləri ilə məşğul olan ixtisaslaşdırılmış şirkətlərlə, həmçinin müvafiq profilli ali məktəblərlə əməkdaşlığa başlamaq imkanı əldə edir.