Avrozona və Almaniyanın müsbət tendensiya nümayiş etdirən makroiqtisadi statistikaları fonunda avronun dollara nisbətdə məzənnəsi yüksəlir.

Marja xəbər verir ki, avronun dollara nisbətdə məzənnəsi 1.0868 dollardan 1.0883 dollaradək bahalaşıb.

Dolların yen qarşısında məzənnəsi 130,66 yendən 130,26 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,16% azalaraq 101,97 bənd təşkil edib.

19 avrozona ölkəsinin istehsal və xidmət sektorunda işgüzar aktivliyi indeksi (PMI), ilkin hesablamalara görə, bir ay əvvəlki 49,3 bənddən 49,8 bəndədək yüksəlib.