AVRO-2024-ün bütün matçlarında qalib gələn İspaniya maksimum qazanc əldə edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Luis de la Fuentenin komandası 28.25 milyon avro əldə edib.

Prineylilər yarışda iştirak hüququna görə 9.25 milyon, qrupda 3 qalibiyyətə görə isə 3 milyon avro əldə edib. İspanlar 1/8 finalda 1 milyon yarım, 1/4 finalda qələbəyə görə isə 2 milyon yarım pul mükafatı qazanıb. Yarımfinalda qələbə 4 milyon, həlledici qarşılaşmadakı zəfər isə onların 8 milyon avro qazanmasına səbəb olub.

İkinci olan İngiltərənin qazandığı məbləğ isə 24 milyon avro olub.

Qeyd edək ki, İspaniya finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək tarixində 4-cü Avropa çempionluğunu yaşayıb.