Ötən il Audiovizual Şuranın verdiyi lisenziyalardan onun xəzinə hesabına 41,5 min manat büdcədənkənar vəsait daxil olub.

“Report” quruma istinadən xəbər verir ki, həmin vəsait dövlət büdcəsinə köçürülüb.

Ötən il Şuraya dövlət büdcəsindən əsas xərclər üçün 1 milyon 979 min 785 manat, nəqliyyat vasitələrinin icbari sığortası üçün 598,5 manat, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün isə 62 min manat, ümumilikdə 2 milyon 042 min 383,5 manat vəsait ayrılıb, təyinatı üzrə istifadə olunub, istifadə olunmamış 51 min 664,64 manat büdcəyə qaytarılıb.