Artıq daşınmaz əmlak biznesinə də başlayan “Mercedes-Benz” avtomobil istehsalı şirkəti, Dubayda ilk bina tikintisinə start vermək qərarına gəlib.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), “Mercedes-Benz Places BİNGHATTİ” adlanacaq və ümumi dəyəri 1 milyard dollar olan yeni göydələn proyektinin 2024-cü ilin yanvar ayının 24-də, Muhammad BinGhatti tərəfindən təşkil olunmuş möhtəşəm təqdimat gecəsi baş tutub.
Ultra-lüks xidmətləri olan eksklüziv yaşayış kompleksi “Mercedes-Benz Places” — məşhur “Mercedes-Benz” avtomobil markasının ilk layihəsidir və Dubayın tam mərkəzində yerləşəcək. Bu elit 65 mərtəbəli kompleksdə 2-5 otaqlı lüks penthauslar, duplekslər və triplekslər yerləşəcək.
Bu layihə rəqibsiz prestij və lüksü birləşdirəcək. Hər bir rezidensiya öz hovuzu ilə olacaq və dünyanın ən hündür qülləsi – Burj Xəlifənin fenomenal mənzərələrini təqdim edəcək.
Məhşur amerikalı aktyor Terry Crews-un layihə təqdimatının aparıcılığını etdiyi gecənin xüsusi qonağları siyahısında Binghatti tərəfindən şəxsən dəvət edilən azərbaycanlı iş adamı, “Millionaire Concept”in təsisçi və rəhbəri Aqil Məmiyev də olub.
Aqil Məmiyevin açıqlamasına əsasən, Dubayın ən görkəmli görməli yerləri ilə əhatə olunmuş “Mercedes-Benz Places”, misilsiz yaşayış təcrübəsi yaradaraq, dünyanın ən hündür qülləsinin maneəsiz mənzərələrini təqdim edir. Tədbir zamanı hər halı ilə yüksək səviyyənin göstərişi, qlamurun təcəssümü olan bu layihənin rəqəmsal versiyası yayımlanıb.
65 mərtəbədən ibarət olacaq “Mercedes-Benz Place Binghatti” binası bir neçə hissələrdən ibarət olacaq və 2026-cı ilin dördüncü rübündə tikintisi başa çatdıqdan sonra 340,8 metr hündürlükdə olacağı gözlənilir.
Verilən məlumata görə, qiyməti 2,7 milyon dollardan başlayan 150 mənzil və biznes mərkəzdən ibarət olacaq “Mercedes-Benz Place Binghatti” dizaynı, xarakterik elliptik görünüşü ilə bir çox ultra-müasir avtomobillərin axan xətlərini xatırladacaq. Bununla da hər zaman ilklərə imza atan “Binghatti Group” hər kəsi yenidən təəcübləndirməyi bacardı.