Çərşənbə axşamı, iyulun 9-da ticarət nəticələrinə əsasən, Amerikanın texnologiya korporasiyası “Apple” tarixdə ilk olaraq 3.5 trilyon dollar kapitallaşmaya çatıb. Ticarət sessiyasının sonunda bir səhmin dəyəri 229 dollara yaxınlaşıb.

Rekord qiymət artımının əsas səbəbi bir ay əvvəl şirkətin süni intellektin (AI) tətbiqi ilə bağlı verilən açıqlama olub. “OpenAI” ilə əməkdaşlıq çərçivəsində şirkətin gələcək əməliyyat sistemləri ChatGPT-dən istifadə edəcək.

İlin əvvəli “Apple” üçün çox da yaxşı olmayıb. Süni intellektlə bağlı uzun sürən sükutdan sonra elan edilən “Apple Intelligence” təşəbbüsü şirkətə “Microsoft”u geridə qoymağa imkan verib.

Eyni zamanda, bazarın ilk reaksiyası mənfi olub. Daha əvvəl bildirilmişdi ki, “Apple” süni intellekt dəstəyi ilə ev robotu buraxmağa hazırlaşır. Bu, masaya və ya hər hansı bir üfüqi səthə yerləşdirilə bilən kompakt bir cihaz olacaq.