Birjada ticarət zamanı Amerikanın aparıcı texnologiya şirkətləri bir gündə 760 milyard dollar kapitallaşma itirib.

Söhbət “Microsoft”, “Nvidia”, “Alphabet” (“Google”), “Amazon”, “Apple”, “Meta”, “Tesla” və “Visa” kimi şirkətlərdən gedir. Ticarət ərəfəsində şirkətlərin səhmləri əhəmiyyətli dərəcədə azalıb – “Apple” və “Amazon” 3%-dən çox, “Tesla” – 12%-dən çox. Eyni zamanda, NASDAQ 100 indeksi 1 trilyon dollardan çox dəyər itirib.

Analitiklərin fikrincə, bu, süni intellekt (AI) texnologiyalarının aktiv inkişafı ilə bağlı investorların narahatlığı səbəbindən baş verib. Şirkətlər milyardlarla dollar sərmayə qoyurlar, lakin əhəmiyyətli mənfəət əldə etmirlər.