Hal-hazırda Azərbaycanda kriptovalyutaların tənzimlənmə mexanizmi mövcud deyil. Mərkəzi Bank öz strategiyası çərçivəsində bu istiqamətdə araşdırmalar aparır.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Biz bilirik ki, hal-hazırda Azərbaycanda kriptovalyutalar alınır və satılır. Düşünürəm ki, bu sahədə tənzimlənmə olmalıdır və növbəti ildə biz bu istiqamətdə qərarımızı verəcəyik”, – deyə baş bankir qeyd edib.