2024-cü ilin ilin ikinci rübündə Amazon şirkətinin gəlirləri artsa da, proqnozdan aşağı olub.

ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un balans hesabatının açıqlayıb.

Marja xəbər verir ki, “Amazon”un gəliri bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 147,9 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkətin gəliri 134,4 milyard dollar olmuşdu.

Amazonun ikinci rübdə gəliri, bazarın proqnozu olan 148,56 milyard dollardan aşağı olub. 

Şirkətin bu dövrdə xalis mənfəəti 13,5 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə Amazon-un xalis mənfəəti 6,8 milyard dollar olmuşdu.

E-ticarət nəhənginin keçən ilin ikinci rübündə 65 sent olan səhmbaşına mənfəəti bu ilin ikinci rübündə 1,26 dollara yüksəlib.

Amazon-un səhmbaşına mənfəəti ilə bağlı bazar proqnozu 1,03 dollar idi.