Çinin texnologiya nəhəngi “Alibaba” şirkəti şəhərdaxili sürücüsüz avtomobillərlə kommersiya daşımaları reallaşdırmaq üçün avtomobil startapı “DeepRoute.AI”a 300 milyon ABŞ dolları investisiya qoyacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ-da “General Motor”un “Cruise” və “Amazon”un “Zoox” startapları da kommersiya məqsədlərlə istifadə etmək üçün avtonom nəqliyyat vasitələrini, “Toyota” nın dəstəklədiyi “Pony.ai” sürcüsüz mikroavtobus markası isə “PonyTron”u inkişaf etdirir.