Ağıllı üzük istehsalçısı “Oura” 5 milyard dollar dəyərlə 75 milyon dollar cəlb edib. İnvestor tibbi avadanlıq istehsalçısı “Dexcom” olub, “Bloomberg” yazır. Qeyd olunur ki, şirkətlər həm də strateji tərəfdaşlıq müqaviləsi bağlayıb.

1999-cu ildə əsası qoyulan “Dexcom” qlükozanın davamlı monitorinqi cihazını satır. “Oura” isə 2013-cü ildə yaradılıb. Onun əsas məhsulu sağlamlıq məlumatlarını toplayan və tövsiyələr verən “Oura Ring” üzüyüdür. Titan ərintisindən hazırlanan bu üzük həmçinin bədən istiliyini və nəbzi ölçür.

2021-ci ilin may ayında startap 100 milyon dollar toplayıb və 500 min üzük satıb. 2022-ci ilin aprelində şirkət yenidən 2.55 milyard dollar dəyərində investisiya cəlb edib. “Bloomberg”in məlumatına görə, “Oura” indiyədək 2.5 milyon üzük satıb.