Ağdam Sənaye Parkında 12 müəsissə rezident kimi qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Qarabağ iqtisadi rayonunda yaradılmış Ağdam Sənaye Parkında 12 müəsissə rezident, 3 müəsissə isə qeyri-rezident, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılmış “Araz İqtisadi Zonası” Sənaye Parkında 2 müəssisə rezident, 1 müəssisə qeyri-rezident kimi qeydiyyata alınıb.

Bu müəssisələrdə müvafiq olaraq, 800-dən və 25-dən çox iş yerlərinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.