Adıgey müəssisələri Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin əməkdaşlarına ixrac imkanlarının təqdimatını keçiriblər.

APA-Economics” Ticarət Nümayəndəliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Adıgeyin işgüzar dairələrini mineral sular, şirələr, sərinləşdirici içkilər, ədviyyatlar, duz, taxıl bitkiləri və tikinti materialları istehsalçıları təmsil edirdi.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Azərbaycanın “B2B Solutions” şirkətinin rəhbəri Orxan Rəhmanov respublika istehsalçılarının təkliflərinə ekspert qiymətini veriblər.