ABŞ federal məhkəməsi “Google”un rəqiblərini sıxışdırmaqla bazar gücündən sui-istifadə etdiyini müəyyən edib. Şirkət bunun üçün veb-brauzer operatorlarına və telefon istehsalçılarına milyardlarla dollar ödəyib.

“Google” özü məhkəmə prosesləri zamanı iddia edib ki, o, “Amazon”, “TikTok” və “Reddit”in rəqabəti ilə üzləşir.

” The Washington” qeyd edir ki, “Google”un inhisarçı kimi tanınması ABŞ Ədliyyə Nazirliyinin texnologiya şirkətləri üzərində son 20 ildə ən böyük qələbəsi olub. 2000-ci illərin əvvəllərində federal məhkəmə “Microsoft”a qarşı işə baxıb.