İki qasırğadan sonra Meksika körfəzinin ABŞ-a aid hissəsindən xam neft tədarükünün bərpa olunması neftin ucuzlaşmasına səbəb olub.

“Report” “Investing.com” saytına istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,26% ucuzlaşaraq, 1 bareli 75,47 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,21% ucuzlaşıb və 1 bareli 72,41 ABŞ dolları təşkil edib.

ABŞ dollarının möhkəmlənməsi də qiymətlərə təsirsiz ötüşməyib. Belə ki, dolların son 3 həftənin maksimumlarına çatması başqa valyutalardan istifadə edən ölkələr üçün dollarla tədarük edilən xam neftin idxalını bahalaşdırıb.